Bərdədə qadın bıçaqlanaraq öldürülüb.
Xezerxeber.az-ın məlumatına görə, gecə saatlarında Bərdə rayon sakini 36 yaşlı Günay Ələkbərovanın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Qadının xəstəxanaya çatdırılan zaman vəfat etdiyi məlum olub.
İlkin araşdırma zamanı 39 yaşlı Şirxan İmanovun Günay Ələkbarovanı bıçaqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Mərhumun anası iddia edir ki, Günayla Şirxan qeyri-rəsmi münasibətdə imişlər və qadın öldürülərkən hamilə olub.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanıb. Şirxan İmanov şübhəli şəxs qismində saxlanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: