Xəzər Xəbər

Bu maşınlar bahalaşa bilər YENİ QƏRAR/VİDEO

Veb TV | 19:51 • 30 Mart 2023
Bu maşınlar bahalaşa bilər

Aprelin 29-dan sonra ölkəyə istehsal ili 2013-dən aşağı olan maşınların gətirilməsinə icazə verilməyəcək.

Xezerxeber.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov dünən bununla bağlı qərar qəbul edib.

Məqsəd insanların həyat və sağlamlığının, avtomobillərdən havaya atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaqdır. Qərara əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkəmizə gətirilməsi məhdudlaşdırılacaq. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Qeyd edək ki, Azərbaycana əsasən Koreya və Amerika bazarlarından ikinci əl avtomobillər gətirilir. Bu da məsafədən asılı olaraq 3-5 ay müddətinə çatdırılır.

Bəs qərar verilən günə qədər xaricdən sifariş edilən avtomobillərin aqibəti necə olacaq?

Nazirlə Kabineti məsələyə aydınlıq gətirib və yaranmış narahatlığa son qoyub. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, 29 marta qədər (29 mart da daxil olmaqla) ödənişi edilmiş avtomobillərin gətirilməsinə icazə veriləcək. Beləliklə, bu məhdudiyyət həmin sifarişləri əhatə etməyəcək.

Dövlət Gömrük Komitəsindən isə bildirilib ki, xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədlərini gömrük orqanlarına təqdim etməklə xaricdən gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsində heç bir problem olmayacaq.

Nəqliyyat sahəsiz üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, yeni qərarla köhnə avtomobillərin, yəni istehsal ili 2013-dən aşağı olan maşınların qiymətində artım müşahidə ediləcək.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə 1,4 milyondan çox minik avtomobili mövcuddur. İstehsal tarixi 2 ilə qədər olan minik avtomobilləri avtomobil parkının 2%,  2 ildən 5 ilə qədər olanlar 3%, 5 ildən 10 ilə qədər olanlar 11,9%-ni  təşkil edir. Yaşı 10 ildən artıq olan minik avtomobillərinin payı 80%-dən çoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar