Qarın ağrısı, ürəkbulanma, ağız qoxusu, diş qıcırdatma, arıqlama və bir sıra digər əlamətlər.
Xezerxeber.az məlumat verir ki, sadalananların hamısı qurd xəstəliyinin simptomlarıdır. Bu xəstəlik isə xüsusilə uşaqlar arasında daha çox yayılır. Adətən bağırsaqda yaranan belə parazitlərlə bağlı tibb müəssisələrinə üz tutanlar da kifayət qədərdir.
Həkim-pediatr Günay Rəsulova deyir ki, qurd xəstəliyi daha çox yaz aylarında üzə çıxır. Yaranmasının əsas səbəblərindən biri isə gigiyena qaydalarının pozulmasıdır.
Günay Rəsulova qeyd edir ki, qurd xəstəliyi uşaqlarda 2-3 yaşdan etibarən yarana bilər. Xüsusilə bağçaya gedən azyaşlılara bununla bağlı nəzarət güclənməlidir. Qurd xəstəliyi bəzən ciddi fəsadlara və cərrahi əməliyyatlara da səbəb ola bilər.
Çiy ət və fast food qidalar da qurdun yaranmasına şərait yaradır. Ona görə də belə qidaların qəbulu tövsiyyə olunmur. Pediatr həmçinin bildirir ki, uşaqda qurd xəstəliyinin əlamətləri aşkarlanan kimi vaxt itirmədən həkimə müraciət edilməlidir. Bundan başqa xəstəliyin müalicəsi üçün həkim məsləhəti olmadan hər hansı dərman və prosedurlardan istifadə yolverilməzdir.
Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı daha ətraflı videomaterialı təqdim edir: