Ötən axşamdan bu paylaşım sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan birinə çevrilib.
Xezerxeber.az xəbər verir ki, Azərbaycan dilində sözləri düzgün yazmağa belə savadı çatmayan Ramin Vəliyev adlı profillə facebook istifadəçisi olan bir şəxs insanların ölümünə sevinir, əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin vəfat etməsindən sonra onu da təhqir edir və sonda "Fazil Mustafanı gözlə" sözlərini yazır.
Bir çoxları bu paylaşımdan 6 gün sonra millət vəkili Fazil Mustafaya qarşı törədilən silahlı hücumun təsadüfi olmadığını düşünürlər. Bu statusun ardınca isə Fazil Mustafaya ölüm arzulayan(ölümü üçün dua edin paylaşımı), onu təhqir edən paylaşımlar radikal yönümlü bəzi şəxslərin sosial şəbəkələrində geniş şəkildə yayılmaqdadır.(digər qalanları)
Millət vəkili və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc “Xəzər Xəbər”ə bildirir ki, Fazil Mustafaya qarşı törədilən cinayətin hərtərəfli araşdırılması üçün təkcə sosial şəbəkələrdəki paylaşımlara köklənmək olmaz. Zahid Oruc ad çəkməsə də Azərbaycan-İran münasibətlərinin daha da gərginləşməsi üçün belə bir hadisənin üçüncü qüvvələrə daha çox lazım olduğuna diqqət çəkib.
Zahid Oruc bildirir ki, Azərbaycan heç bir zaman İranla düşmən münasibətlərdə olmaq istəməyib. Ancaq Vətən müharibəsindən sonra İranın Ermənistanı tarixdə olmadığı qədər Azərbaycana qarşı dəstəkləməsinə rəsmi Bakı cavabsız qala bilməzdi. Bütün bu baş verənlər fonunda isə iki ölkə arasındakı münasibətləri daha da pis məcrəaya yönləndirmək istəyənlər var. Zahid Orucun sözlərinə görə Azərbaycan dövləti bu cür təhdidlərlə siyasi kursunu dəyişəcək bir ölkə deyil və hakimiyyət ölkədə bütün təhdidlərin qarşısını almaq iqtidarındadır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: