Məlumat verdiyimiz kimi, Bakıda millət vəkili Fazil Mustafaya sui-qəsd olub.
Xezerxeber.az bildirir ki, deputat Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən evinin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.
Ayağından və çiynindən güllə yarası alan deputat xəstəxanaya yerləşdirilib və iki dəfə əməliyyat olunub.
F.Mustafanın qardaşı İlqar Mustafayev "Xəbər Ertəsi"nə hadisənin detallarını açıqlayıb. O deyib ki, cinayət planlı şəkildə həyata keçirilib. İlqar Mustafayev həmçinin F.Mustafanın səhhəti barədə də məlumat verib.
Xezerxeber.az daha geniş açıqlamanı təqdim edir: