Xəzər Xəbər

Restoranlarda imsak və iftar menyularının qiyməti VİDEO

Veb TV | 11:31 • 28 Mart 2023
Restoranlarda imsak və iftar menyularının qiyməti

Cürbəcür nemətlər, isti yeməklər və ləziz təamlar

Xezerxeber.az məlumat verir ki, 11 ayın sultanı olan Müqəddəs Ramazan ayında oruc tutanlar üçün restoranlar da imsak və iftar menyuları təklif edir.

İnzibatçıların sözlərinə görə, ramazan ayı başlayandan həm imsak, həm də iftar üçün restoranlara üz tutanların sayı kifayət qədərdir. Qiymətlər isə çeşidlərə uyğun olaraq dəyişir. Ötən illə müqayisədə bu il menyular daha baha təklif edilir. 

İftar saatlarında restoranlara gəliş daha çox olduğundan bəzən yerlər də məhdud olur. Buna görə də müştərilərə əvvəlcədən sifariş vermək tövsiyyə edilir.

İmsak menyusu üçün isə daha çox həftə sonlarında üz tuturlar. İnzibatçı Elvin Fətəliyev bildirir ki, imsak menyusunun qiyməti 19 manatdır.

Onun sözlərinə görə, bu il menyuların çeşidlərində də əlavələr və fərqlər var.

Qeyd edək ki, bəzi restoranlarda iftar menyuları minimum 15, imsak menyuları isə 10 manatdan başlayır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

Xəbər lenti