Xəzər Xəbər

Heydər Əliyev Azərbaycan ziyalılarını Sovet təqiblərindən necə qoruyub? VİDEO

Veb TV | 11:11 • 28 Mart 2023
Heydər Əliyev Azərbaycan ziyalılarını Sovet təqiblərindən necə qoruyub?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramıdır.

Ümummilli lideri Heydər Əliyevin 1997-ci ildə imzaladığı müvafiq sərəncamdan sonra artıq 25 ildir, təhlükəsizlik orqanlarının əməkdaşları 28 martı peşə bayramı günü kimi qeyd edir.

Ulu Öndərin Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlandı.

Ümummilli lider hələ sovet dönəmində Azərbaycanda bu xidməti milliləşdirməyə səy göstərirdi. Heydər Əliyev həm də həmin vatxlarda Azərbaycanlı ziyalıları, elm adamlarını, şair və yazıçıları da sovet təqiblərindən qorumağa çalışırdı.

Xezerxeber.az xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert Seymur Şeydayev “Xəbər Ertəsi”nə bununla bağlı çox maraqlı bir məqama toxunub.

Həmin videomaterialı təqdim edirik:

 

 

Xəbər lenti