Xəzər Xəbər

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür VİDEO

Veb TV | 11:00 • 28 Mart 2023
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür

Bu gün Azərbaycanda təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramıdır.

Xezerxeber.az xəbər verir ki, əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.

Ümummilli lideri Heydər Əliyevin 1997-ci ildə imzaladığı müvafiq sərəncamdan sonra artıq 25 ildir, təhlükəsizlik orqanlarının əməkdaşları 28 martı peşə bayramı günü kimi qeyd edirlər.

Ulu Öndərin Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlandı.

Həyatının 25 ilini bu sahəyə həsr edən Ümummilli Lider təhlükəsizlik sistemində əsaslı dönüş yaratdı, milliləşdirmə siyasətinin əsasını qoydu və bu məqsədə nail oldu.

Təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşan Prezident İlham Əliyev də bu sahəni daim diqqət mərkəzində saxlayır, müntəzəm struktur islahatları aparır.

Bu illər ərzində təhlükəsizlik orqanları ölkəmizin təhlükəsizliyinin, suverenliyinin qorunub saxlanmasında hansı işlər görüb, hansı nəaliyyətlər əldə olunub?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti