Gənc alimlərin mənzil sahibi olmaları üçün ipoteka şərtləri yumşaldılacaq.
Xezerxeber.az xəbər verir ki, Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəyli "Xəzər xəbər"ə müsahibəsində belə deyib. Bu yolla gənc alimlərin mənzil sahibi olmaları daha əlçatan olacaq.
İsa Həbibbəyli "Alimlər şəhərciyi"nin inşasının davam etdiyini də vurğulayıb. O, qeyd edib ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən kooperativ yaşayış kompleksində bir bina artıq istifadəyə verilib. Növbəti bina da tezliklə təhvil veriləcək. Ümumilikdə isə 6 yaşayış binası tikiləcək.
Akademiya prezidenti qeyd edib ki, gənc alimlərin sosial durumunun yaxşılaşdırılması məqsədilə layihələrin həyata keçirilməsi davam edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: