Paytaxtda ağır cinayət baş verib. 49 yaşlı kişi qətlə yetirilib.
Xezerxeber.az xəbər verir ki, hadisə Qaradağ rayonunun Ələt qəsəbəsində baş verib.
Mərhmun qardaşları iddia edir ki, Dəyanət Cəfərov hadisədən bir gün əvvəl qəsəbə ərazisində yerləşən restoranlardan birində dostları ilə görüşən zaman aralarında mübahisə yaranıb. Mübahisə sonradan davaya çevrilib.
Qaradağ Rayon Prokurorluğundan isə bildirilib ki, ilkin araşdırma zamanı 1989-cu il təvəllüdlü Şahin Quliyevin martın 24-ü günorta saatlarında Dəyanət Cəfərovu döyərək ağır xəsarət yetirməsi və zərərçəkmiş şəxsin həmin xəsarət nəticəsində növbəti gün ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb. Şahin Quliyev şübhəli şəxs qismində saxlanılıb. İbtidai istintaq davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: