Rusiya sülhməramlıları Qarabağda, müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində öz funksiyalarına uyğun hərəkət etmir.
Xezerxeber.az məlumat verik ki, hazırda bu qüvvələr bölgədəki qanunsuz erməni silahlı birləşmələrinə açıq dəstək verməklə məşğuldur.
Politoloq Xəyal Bəşirli "Xəzər Xəbər"ə deyir ki, Azərbaycan dəfələrlə ərazilərinə qanunsuz silah-sursat daşınması ilə bağlı xəbərdarlıq etsə də, nə Ermənistan, nə də rusiyalı sülhməramlılar buna məhəl qoyurlar. Nəticədə sülhməramlıların bugünkü davranışı gərginliyin artmasına xidmət edir. Bundan sui-istifadə edən Ermənistan isə hərbi ritorikanı sərtləşdirir, atəşkəs rejmini pozur, Qarabağa hərbi sursat və canlı qüvvənin daşınmasına cəhdlər edir.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalının son dərəcə yüksək olduğu bir vaxtda Ermənistan ənənəvi üsullarından istifadə edir. Bu azmış kimi mühəndis və xüsusi texnika cəlb edilməklə alternativ yolun tikintisinə cəhd göstərərək təxribat törədir. Azərbaycan tərəfi isə təbii ki, öz suveren ərazilərinə Ermənistandan gizli yollarla silah-sursat və canlı qüvvə daşınmasına göz yuma bilməz.
Politoloqun sonda əlavə edib ki, baş verə biləcək istənilən qarşıdurmaya görə məsuliyyət Ermənistanın üzərinə düşür. Azərbaycan öz üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında əməl edir. Ermənsitan tərəfi isə öhdəliklərdən boyun qaçırır və Azərbaycanın sülh təşəbbüsünə cavab vermir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: