Gəncə Beynəlxalq Avtovağzalında bayram tətilinin son günündə canlanma müşahidə olunur.
Xezerxeber.az xəbər verir ki, sıxlıq olmasına baxmayaraq sərnişinlər ciddi çətinliklə üzləşmədiklərini deyirlər. Çünki, biletləri əvvəlcədən kassadan alıblar. Yeni istifadəyə verilən mobil tətbiq vasitəsilə onlayn bilet alanların da artması vəziyyəti bir qədər asanlaşdırır.
Bayram tətili bitdiyi üçün regionlardan Lənkərana gələn qonaqlar paytaxtla yanaşı, digər rayon və şəhərlərə qayıdır. Bunun üçün avtovağzadan xəttlər üzrə əlavə avtobuslar ayrılıb.
Şəki avtovağzalında isə son iki gündə sərnişinlərin sayında artım hiss edilir. Bakı istiqamətində təlabat çoxalıb.
Bilet satışı 10 gün əvvə onlayn və kassadan adi qaydada təşkil olunub. Bununla belə bəzi sərnişinlər bilet tapmadıqlarını bildiriblər.
Bilet tapa bilməyən sərnişinlər taksilərdən istifadə etmək məcburiyyətində qalıb. Bakı istiqamətində taksi fəaliyyəti göstərən bəzi sürücülər isə qiyməti 15 manatdan 20 manata qaldırıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: