Gəncənin maşın bazarında alıcılara təqdim edilən avtomobillərin sayında artım müşahidə edilir. Amma satıcılar müştəri azlığından gileylənirlər.
Xezerxeber.az-ın məlumatına görə, bazarda həm sovet maşınları, yerli, həm də xarici maşınlar var.
Bazara üz tutan azsaylı müştərilər isə qiymətlərin yüksək, təklif edilən avtomobillərin keyfiyyətsiz olduğunu iddia edirlər.
Bərdənin avtomobil bazarında da bənzər vəziyyət hökm sürür-maşın çox, alan azdır.
Bazarda Rusiya istehsalı olan maşınlar üstünlük təşkil edir.
Bazarda qiyməti 4-7 min manat arasında dəyişən Rusiya istehsalı olan avtomobillərə maraq çoxdur. Az sayda müştəri xarici maşın alır.
Satıcılar bazarda müşahidə edilən durğunluğun qarşıdakı aylarda bitəcəyinə ümid edirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: