Baş Dövlət Yol Polisi İdarəsi Novruz bayramı tətilindən dönən sürücülərə müraciət edib.
Xezerxeber.az-ın məlumatına görə, İdarənin inspektoru Elvin Hacıyev bildirib ki, sürücülər səfərə çıxmazdan əvvəl avtomobillərin texniki sazlığına diqqət yetirməlidirlər.
Vurğulanıb ki, sürücülər yorğun halda sükan arxasına əyləşməməlidirlər. Əks halda ağır qəza baş verə bilər.
İdarədən o da bildirilib ki, uzaq məsafə qət edən sürücü və sərnişinlər qısamüddətli istirahət üçün yol polisinin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: