İran Azərbaycanlı gənclərə din yolu ilə təsir etmək üçün sosial medianın imkanlarından da geniş istifadə edir.
Xezerxeber.az məlumat verir ki, gənclərin böyük əksəriyyətinin istifadə etdiyi Tik-Tok sosial şəbəkəsinə nəzər salsaq, İranın təxribat və ya beyin yuma xarakterli videoları ilə tez-tez qarşılaşmaq olar. Bu şəbəkənin isə iş prinsipi belədir ki, sizə təklif olunacaq növbəti video, əvvəl izlədiyinizlə oxşar məzmunda olur. Beləliklə, bir dəfə səhvən İrana məxsus olan belə videoları izləyən şəxsə sonradan eyni məznunlu videolar yenidən təklif olunur.
Millət vəkili Ceyhun Məmmədov deyir ki, bu platformaya bir dəfə ətraflı nəzər salmaq kifayət edir ki, İranın apardığı dini təbliğat videolarını müşahidə edəsən.
Onun sözlərinə görə, İranın sosial media üzərindən gənclərimizə təsir etmək üçün apardığı bu siyasətin qarşısını almaq vacibdir. Bunun üçün gənclərin maarifləndirilməsi ilə yanaşı, həm də, bizim dini qruplar da bu işdə fəallıq göstərməlidirlər.
Tik-Tokda yayımlanan bu videoların birində Azərbaycandakı Yəhudilər təhdid edilir, Azərbaycanda keçirilən konsert proqramları əxlaqsızlıq simvolu kimi təqdim olunur. Onu da qeyd edək ki, bu videolar təkcə bir hesabdan yox, bir neçə hesabdan gündəlik olaraq paylaşılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: