Fransa prezidenti Makron İslamafobiyanın dünya lideridir. Xezerxeber.az xəbər verir ki, 2022-ci il avropa islamafobiya hesabatında Fransa prezidenti Emanuel Makron İslamafobiyanın dünya lideri adlandırılır. Onun anti-müsəlman siyasətini daha da sərtləşdirəcəyi hələ 2022-ci il seçki kampaniyasından bəlli idi.
Ötən il nəinki Makron, Fransa prezidentliyinə digər namizədlər islamafob siyasəti üzrə sanki yarışırdılar. Bütün namizədlər seçki kampaniyaları zamanı islamafob şərhlər və təkliflər səsləndirir, qanunlara bununla bağlı təkliflər əlavə edəcəklərini vəd edirdilər. Müşahidəçilər son prezident seçkilərini ölkə tarixinin ən islamafob seçkisi kimi qələmə verirlər.
Politoloq Məhəmməd Əsədullazədə "Xəzər Xəbər"ə deyir ki, Makron prezident seçildikdən sonra bu siyasəti daha da dərinləşdirdi.
Ekspert qeyd edib ki, islamofobiya bu ölkədə ən çox təhsil sahəsinə siraət edib. 2004-cü ildən bəri ibtidadi və orta təhsil sahəsində hicab qadağan edilib. direktor, müəllim və idarə heyətlərinə təhsil ocaqlarında dini geyimləri qadağan etmək səlahiyyəti verilib.
Fransa mediası isə anti-islam qaydalarının həyata keçirilməsi üçün ictimai rəyi formalaşdırır. Televiziya, radio, sosial mediada insanları bunların tənzimlənməli və repressiya edilməli olan milli prioritetlər olduğunu inandırmağa çalışırlar. Bununla da media islamafobiyanı təşviq etməklə fransa müsəlmanlarını ayrı-seçkiliklə üzüzə qoyur. Rəsmi Parisin bu siyasəti beynəlxalq hüququ, əldə olunan beynəlxalq razılaşmaları təhdid edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: