Azərbaycan XİN Ermənistan prezidentinə cavab verib.
Xezerxeber.az məlumat verir ki, Vahaqn Xaçaturyan dünən İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibədə Azərbaycana qarşı növbəti əsassız iddialar səsləndirib.
Xarici işlər nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, ermənistan rəhbərliyi bilərəkdən bölgədə gərginlik yaradır.
Hacızadə vurğulayıb ki, adətən Ermənistan tərəfi hərbi təxribatlar törətməzdən əvvəl kütləvi dezinformasiya kampaniyası həyata keçirir. Ermənistan prezidentinin son açıqlamaları da məhz bu qəbildəndir.
XİN rəsmisi əlavə edib ki, bölgədə sülhün bərqərar olması üçün Ermənistan rəhbərliyi təcavüzkar ritorikadan əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünə qəsd və daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərə son qoymalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: