Paytaxtda yol ötürücüsü təmirə bağlanıb.
Xezerxeber.az məlumat verir ki, Bakıda əsas prospektlərindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
"3-cü mikrorayon dairəsi" adlandırılan ərazidəki yol ötürücüsünün üzərində 4 ədəd temperatur şovu yenisi ilə əvəz olunur. Təmir işləri ilə əlaqədar Ziya Bünyadov prospektindən "20 yanvar" dairəsi istiqamətinə yolun bir hissəsində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulub.
Sürücülərin sözlərinə görə, istismar müddətini başa vuran temperatur şovları avtomobillərə də ziyan vurur. Onlar iddia edir ki, digər yol ötürücülərində də təmirə ehtiyac var.
Avtomobil Yolları Dövlət Agentliyindən təmir işlərinin 2 gün davam edəcəyi bildirilib.
Sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti martın 25-də gecə saatlarında bərpa olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: