Rusiya sülhməramlıları Azərbaycan ərazisində üzərlərinə düşən missiyanı yerinə yetirə bilmir.
Xezerxeber.az məlumat verir ki, son 1 ayda erməni silahlı birləşmələrinin qanunsuz silahdaşıma faəliyyətlərinə həm fiziki, həm də mənəvi dəstək olan sülhməramlı kontingent Qarabağda qalmaq haqqını hər ötən gün itirir.
Müdafiə Nazirliyinin məlumatına görə, bugün Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib. Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd "ZTR-82A" döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli "KamAZ" və üzərində yanacaq çəni olan 1 ədəd "KamAZ" avtomobilinin hərəkəti texniki müşahidə vasitələri tərəfindən qeydə alınıb.
Politoloq Zaur Məmmədov "Xəzər Xəbər"- bildirib ki, Azərbaycan belə qanunsuz əməllərdən xəbər tutub və buna son qoyulması ilə bağlı Ermənistana, Rusiya Müdafiə Nazirliyinə və "sülhməramlıların" rəhbərliyinə xəbərdarlıqlar edib.
Amma bütün bunlara baxmayaraq vəziyyət dəyişmir.
Politoloq əlavə edib ki, Qarabağdakı rusiya "sülhməramlıları" mandatlarının mahiyyətini xatırlamayacaqlarsa, təxribarlar davam edəcək. Amma Azərbaycan qanunsuz əməllərə, əlbəttə ki, göz yuma bilməz. Əgər bizim xəbərdarlığımız beynəlxalq ictimaiyət tərəfindən qulaq ardına vurulacaqsa, diplomatiyanın yerinə ordumuz öz sözünü mütləq şəkildə deyəcək.
Zaur Məmmədov qeyd edib ki, sülhməramlıların yarıtmaz fəaliyyəti Rusiya ilə qarşılıqlı etimad mühitinə də zərbə vurur. Rəsmi Bakı sülhməramlıların 2025-ci ilədək ərazimizdə qalmalarına razılıq verməyə bilər, onların torpaqlarımızı tərk etməsi məsələsini gündəmə gətirilə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: