Cəbrayıl şəhərinin mərkəzində böyük yaşayış kompleksi tikiləcək.
Xezerxeber.az-ın məlumatına görə, kompleksdə 712 mənzil olacaq.
Milli Məclisin deputatı Ceyhun Məmmədov deyir ki, tikiləcək çoxmənzilli binalar ən müasir standartlara cavab verəcək.
Mənzillər tam təmirli şəkildə sakinlərə təhvil veriləcək. Həmçinin mənzillər mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları, eləcə də mərkəzləşdirilmiş qazanxana sistemi və istiliklə təmin olunacaq.
Mənzil İnşaatı Dövlət Agentliyi artıq Cəbrayıl yaşayış kompleksi ilə bağlı tender elan edib. Buna paralel olaraq, Şükürbəyli, Xudafərin, Horovlu və digər kəndlərin də bərpa edilməsi istiqamətində işlər görülür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: