Azərbaycan-Rusiya sərhədindəki "Xanoba" gömrük postunun təmirdən sonra açılışı olub.
Xezerxeber.az-ın məlumatına görə, məntəqənin keçid zolaqlarının sayı artırılıb.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib ki, keçid məntəqəsinin yenidən inşa olunması nəqliyyat vasitələrinin sürətli keçidinə şərait yaradacaq.
Şahin Bağırov əlavə edib ki, yaxın gələcəkdə Gürcüstanla qarşılıqlı razılaşma əsasında yeni keçid məntəqəsinin inşası da nəzərdə tutulur.
Açılışda iştirak edən Baş nazirin müavini Şahin Mustafayev isə deyib ki, "Xanoba" sərhəd-buraxılış məntəqəsinin imkanlarının genişləndirilməsi tranzit daşımaları üçün olduqca müsbət haldır.
Şahin Mustafayev quru sərhədlərinin açılması məsələsinə də münasibət bildirərkən qeyd edib ki, bu məsələdə Operativ Qərargah tərəfindən mövcud epidemioloji vəziyyətə uyğun olaraq qərarlar qəbul olunur.
"Hazırda isə bununla bağlı dəqiq vaxt demək mümkün deyil. Vəziyyətə uyğun müvafiq qərar qəbul olunacaq",- deyə Şahin Mustafayev bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: