İmtahan zalına bıçaq, qumbara keçirmək istəyiblər. Prosesə mane olmaq istəyənlər bu dəfə soyuq və odlu silaha əl atıblar.
Xezerxeber.az məlumat verir ki, bunu ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarının gedişatı ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM sədri əlavə edib ki, sosial şəbəkələrdə şagirdlər tərəfindən imtahanların məzmunu ilə bağlı paylaşımlar edilir. Hətta imtahandan öncə kim hansı zala düşüb, paylaşırlar ki, bir-birlərini tapıb köməkləşsinlər.
Məleykə Abbaszadə DİM-ə yönələn kənar müdaxilələrdən də danışıb. Onun sözlərinə görə, həmin şəxslər fərdi xidmət göstərirlər və bunun qarşılığında pul alırlar.
O ki qaldı sual kitabçalarının abituriyentlərə verilməməsinə, Məleykə Abbaszadə bildirib ki, test bankı kifayət qədər zəngindir və bəzi imtahanlardan sonra DİM imtahan suallarını paylayır.
"Lakin DİM tərəfindən müəyyən imtahanlardan sonra bu edilmir. Buna da elmi əsasımız var", - deyə Məleykə Abbaszadə qeyd edib.
Xezerxeber.az mövzu ilə daha ətaraflı videomaterilı təqdim edir: