Azərbaycan ali təhsil müəssisələrinin göstəriciləri isə ürəkaçan deyil. Belə ki, reytinq siyahısında yer alan yeganə ali təhsil müəssisəmiz Bakı Dövlət Universitetidir.
Xezerxeber.az məlumat verir ki, ötən il 1000-1200-cü yer aralığında qərarlaşan universitet bu il 1500-cü pillədən də aşağı düşüb. Ali təhsil müəssisələrimizin beynəlxalq göstəricilərinin zəif olması isə ən çox tələbələri narahat edir.
Onlar düşünür ki, universitetlərimizin reytinq siyahısında yer alması üçün bəzi istiqamətlər inkişaf etdirilməlidir.
Təhsil eksperti Kamran Əsədov "Xəbər Ertəsinə" bildirir ki, Azərbaycanın ali təhsil müəssisələrinin inkişaf dinamikası bəzi xarici ölkələrlə müqayisədə zəifdir.
Ekspertin fikrincə, hər bir universitetin fərdi fəaliyyət və inkişaf planı olmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: