Xəzər Xəbər

Bakıda İslamofobiya ilə bağlı keçirilən konfrans başa çatıb VİDEO

Veb TV | 21:51 • 16 Mart 2023
Bakıda İslamofobiya ilə bağlı keçirilən konfrans başa çatıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransı öz işinə yekun vurub.

Xezerxeber.az-ın məlumatına görə, 32 ölkədən Bakıya gələn alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfransda çıxış ediblər.

İki gün davam edən konfransın panel müzakirələrində dünyada artmağa davam edən islamofobiya təzahürləri, qərb dövlətlərində müsəlmanlara münasibət, dünya mediasında islamofobiya və digər mövzular gündəmə gətirilib.

Konfrans iştirakçıları Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqda mühüm rol oynadığını bildiriblər və bu tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür ediblər.

Son panel müzakirədə QMİ-nin sədri Allahşükür Paşazadə də iştirak edib. O, çıxışında ölkəmizdə dinlərarası nadir həmrəyliyin mövcud olduğunu, müxtəlif din mənsublarının qardaşlıq, dostluq şəraitində yaşadığını diqqətə çatdırıb. Şeyxülislam həmçinin Nikol Paşinyanın Qarabağdakı məscidlərin sovetlər dövründə dağıdılması ilə bağlı sərsəm açıqlamasına da cavab verib.

Bütün Qafqazın şeyxi xüsusi olaraq qeyd edib ki, məscidlərin dağıdılması hər bir sağlam düşüncəli cəmiyyət tərəfindən, bütün müsəlman ölkələri tərəfindən qınanmalıdır. Çünki məscidlər təkcə Azərbaycanın deyil, bütün müsəlmanlarındır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar