Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün qiymət müəyyənləşib. Birnəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir. Ötən illə müqayisədə ziyarət paketinin qiyməti yüksəkdir.
Xezerxeber.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib ki, qaydalar və şərtlərdə də dəyişiklik var. Ziyarətə getmək üçün yaş məhdudiyyəti yoxdur.
Şöbə müdiri ziyarət paketi qiymətinin artımının səbəblərinə də aydınlıq gətirib.
Qeyd edək ki, sənəd qəbulu martın 17-dən başlanacaq. Həcc ziyarəti iyun ayının sonu iyul ayının əvvəllərinə təsadüf edəcək. Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsilə həyata keçiriləcək.
Xatırladaq ki, ötən il Həcc ziyarəti üçün qiymət 5350 ABŞ dollar idi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: