Əhmədli metrosunun yaxınlığında demək olar ki, günün əksər saatlarında tıxac yaşanmaqdadır.
Xezerxeber.az-ın məlumatına görə, həmin ərazidə taksilər avtobus dayanacağında sərnişin gözləyir, avtobuslar isə onlar üçün nəzərdə tutulan zolaqda yer olmadığından yolun orta hissəsində sərnişin yığır. Nəticədə sıxlıq yaranır.
Məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, xaotik vəziyyətin tənzimlənməsi məqsədilə mütəmadi işlər görülür. Qayda pozan taksi sürücülərinə qarşı müxtəlif tədbirlər görülür. Buna baxmayaraq bəzi taksi sürücüləri yenə də avtobus dayanacağında sərnişin gözləyir.
Xezerxeber.az "Xəzər Xəbər"in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir: