Son vaxtlar sosial şəbəkələrdə özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılacağı ilə bağlı məlumatlar yayılıb.
Xezerxeber.az məlumat verir ki, hətta bəzi elan saytlarında həmin çekləri satışa çıxaranlar da var. Onların arasında 45 min manata qədər qiymətə təklif olunan bu çeklərin dövriyyəyə buraxılmasını istəyənlər vətəndaşlar mövcuddur.
Hüquqşünas Əkrəm Həsənov isə bildirir ki, belə elanlar özündə müxtəlif məqsədlər ehtiva edə bilər. Məsələn, illər öncə hansısa üsulla bu sənədləri əldə etmiş şəxslər indi yalan məlumatlar yayaraq onları toplu formada satışa çıxarmaq istəyirlər. Həmçinin, həmin çeklər nə vaxtsa istifadə olunubvə ləğv edilməmiş ola bilər ki, bunu müəyyən etmək isə mümkün deyil.
Məlumat üçün bildirək ki, sözügedən çeklərin istifadə müddəti müxtəlif vaxtlarda 3 dəfə uzadılıb. 2011-ci ildə isə dövriyyədən çıxarılıb.
Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir: