Unun qiymətinin düşməsi çörəyin 5 qəpik ucuzlaşmasına səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, un bazarında 50 kq-lıq bir kisə unun topdanatış qiyməti hazırda 35.5 manatdan başlayaraq dəyişir.
Ekspertlər bildirir ki, qiymətin düşməsinin səbəbi Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşmasıdır. Daxili bazarda unun topdansatış qiymətinin düşməsi çörəyin qiymətinə də birbaşa təsir edib. Lakin ucuzlaşma kiçik dükan və mağazalarda yox, iri supermarketlərdə müşahidə edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: