Milli Məclisdə qadınların pensiya yaşının azaldılması təklif edilib.
Xezerxeber.az məlumat verir ki, bu barədə “Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin illik üzrə məruzəsi”ndə qeyd olunur.
Sənəddə bildirilib ki, Azərbaycan cəmiyyətində və ailədə qadının rolu, onun üzərinə düşən məsuliyyət nəzərə alınaraq, işləyən qadınların pensiya yaşının 2027-ci ilin 1 iyul tarixinədək 65 yaş həddinə çatdırılması məqsədəmüvafiq deyil.
Millət vəkili Razi Nurullayev "Xəbər Ertəsi"nə bildirir ki, son dövrlər uzun ömürlülük minimum həddə çatıb. Bunun nəticəsində 50 faizə yaxın insan pensiya yaşına çatmadan dünyasını dəyişir.
Deputat xüsusilə qadınların yaş həddinin azaldılmasını vacib hesab edir.
Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir: