Müğənni Vüqar Muradov ölümündən sonra daxili orqanlarının bağışlanmasını vəsiyyət edib.
Xezerxeber.az-ın məlumatına görə, o, dünyasını dəyişəndən sonra orqanlarının kiməsə faydalı ola biləcəyini düşünərək belə bir qərar verib.
Onun vəsiyyəti sosial şəbəkələrdə geniş müzakirə olunub. Yazılan rəylər isə demək olar ki, birmənalıdır. İnsanlar müğənninin fikrini dəstəkləyiblər.
Hazırda isə mövcud qanunvericilik prosesin reallaşdırılmasına tam imkan verir.
Amma bunun üçün Səhiyyə Nazirliyi yanında "Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi" Publik Hüquqi şəxs də yaradılıb və ötən ilin avqustundan fəaliyyət göstərir. Lakin mərkəz hələ ki, yalnız orqanlarını bağışlamaq istəyən şəxslərin müraciətlərini qəbul edir.
Amma praktik cəhətdən prosesi reallaşdırmaq mümkün deyil.
"Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi" sədrinin müavini Azər Dəmirov deyib ki, 1 adam 8 nəfərə orqan verə bilər. Meyitdən götürülən orqanlar, əsasən, ürək, böyrək, qaraciyər, ağciyər, gözün buynuz qişası, toxumalar, sümük iliyidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: