Hər kəs onu polşalı turist ilə ingilis dilində danışmasına görə tanıdı. O, turistə bələdçilik edir, ucqar dağ kəndi haqqında ətraflı məlumat verir.
Söhbət Qubanın Xınalıq kənd orta məktəbinin 6-cı sinif şagirdi İbrahim Zeynalovdan gedir.
Biz də rayonun ən ucqar yaşayış məntəqində yaşayan 13 yaşlı qəhrəmanla görüşmək qərarına gəldik. Kəndlərinə yollanıb onunla həmsöhbət olduq.
İbrahim deyir ki, xarici dili öyrənməsinə səbəb elə kəndlərinə gələn əcnəbi turstlər olub.
Qarşısına məqsəd qoyan İbrahim qısa müdətdə xarici dili mənimsəyi bacarıb.
Azyaşlının atası Bəhmən Zeynalov isə deyir ki, oğlunun çəkildiyi videonunun bu qədər çox paylaşılacağını gözləmirdi.
Məktəbin ingilis dili müəllimi İldırım Zeynalov bildirir ki, İbrahim təkcə xarici dil bilikləri ilə deyil, dünyagörüşü ilə də fərqlənir. İbrahimin xarici dildə sərbəst danışması digər şagirdlərini də xarici dilə olan marağını artırıb.
Qeyd edək ki, Xınalıq kəndi Qubaya gələn turistlərin ən çox səfər etdiyi məkanlardandır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: