Xəzər Xəbər

Cəriməyə görə polis tərəfindən saxlanılan şəxs qəfil öldü VİDEO

O, "saxla” əmrindən sonra qəfil vəfat edib
Veb TV | 15:26 • 9 Mart 2023
Cəriməyə görə polis tərəfindən saxlanılan şəxs qəfil öldü

Bakı-Sumqayıt yolunda sürücü qəfil ölüb.

Bildirilib ki, sürücü Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən verilən “Saxla” əmrindən sonra qəfil vəfat edib.

BDYPİ-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 09:45-də “Tofaş” markalı 10-NJ-759 nömrə nişanlı avtomobilin sürücüsü ödənilməyən cərimə borcu olması səbəbindən Xocasən qəsəbəsindən Bakı-Şamaxı şosesi istiqamətində hərəkət edərkən ərazidə xidmət aparan YPX əməkdaşları tərəfindən saxlanılıb:

“YPX əməkdaşı sürücüyə yaxınlaşaraq nəqliyyat vasitəsini saxlamasının səbəbini izah edib. Sürücü Vidadi Baxışov isə YPX əməkdaşlarına bir qədər gərgin, aqressiv formada cavablar verərək, ürək xəstəsi olduğunu və özünü narahat hiss etdiyini bildirib.

YPX inspektoru əraziyə təcili tibbi yardım avtomobili dəvət edə biləcəyini söyləsə də, sürücünün həyat yoldaşı özlərinin təcili yardım çağırdıqlarını qeyd edib. Sürücü özünü narahat hiss etdiyi üçün YPX əməkdaşı ona bu halda avtomobil idarə etməməyi tövsiyə edərək oradan uzaqlaşıb.

Daha sonra sürücü sükan arxasına əyləşərək, avtomobili idarə etməyə çalışıb, bir qədər getdikdən sonra avtomobil yolun kənarındakı betona dəyərək dayanıb”.

İdarədən qeyd olunub ki, hadisə yerinə dərhal polis əməkdaşları və təcili tibbi yardım heyəti yaxınlaşıb:

“Bu zaman sürücünün sükan arxasında öldüyü müəyyən edilib. Qeyd olunan faktla bağlı araşdırma aparılır”.

Xəbər lenti