Xəzər Xəbər

Sosial şəbəkələrin qəhrəmanına çevrilən İbrahim "Xəzər Xəbər"ə danışır VİDEO

"Onların nə danışdığını başa düşmədiyim üçün ingilis dilini öyrənməyə qərar verdim"
Veb TV | 14:30 • 9 Mart 2023
Sosial şəbəkələrin qəhrəmanına çevrilən İbrahim "Xəzər Xəbər"ə danışır

Quba rayonu, Xınalıq kənd sakini İbrahim Zeynalov son günlər sosial şəbəkələrin Azərbaycan seqmentinin qəhrəmanına çevrilib.

Xezerxeber.az xəbər verir ki, onun polşalı blogerlə ingilis dilində danışaraq qədim Xınalıq kəndi haqqında ətraflı məlumat verməsi diqqət çəkib.

Xınalıq kəndinə səyahət edən bloger həmin videogörüntüləri internetdə paylaşdıqdan sonra İbrahim qısa müddətdə sosial şəbəkələrdə məşhurlaşıb. İbrahim Zeynalovun 13 yaşı var. Rüfət Kəlbiyev adına Quba rayon Xınalıq kənd tam orta məktəbinin VI sinifində təhsil alır.

O, bu mövzu barədə "Xəzər Xəbər"ə açıqlama verib. 

Qeyd edək ki, İbrahimlə bağlı daha ətraflı süjet "Xəzər Xəbər"in 21:00 buraxılışında efirə gedəcək.

İndi isə onun qısa açıqlamasını təqdim edirik:

 

Xəbər lenti