Xəzər Xəbər

Apteklərdə tibbi yardım göstərilə bilər? VİDEO

Suala rəsmi mövqe açıqlanıb
Veb TV | 11:30 • 9 Mart 2023
Apteklərdə tibbi yardım göstərilə bilər?

Bəzi insanlar səhhətində narahatlıq hiss etdikdə qonşusuna, ya da yaxınlıqda yaşayan tibb bacılarına müraciət edirlər. Hətta iynə vurdurmaq, sistem qoşdurmaq üçün xəstəxanaya deyil, apteklərə üz tutanlar da var. Bəs bu nə dərəcədə doğrudur?

Apteklərdə tibbi xidmətlərin göstərilməsi pasiyentlər üçün hansısa təhlükə yarada bilərmi?

Analitik Ekspertiza Mərkəzinin müfəttişi Elvin Nağıyev bildirib ki, əczaçılıq müəssisələrində xəstə qəbul etmək qanunla qadağandır.

Onun sözlərinə görə, əczaçılar ilkin tibbi yardım bacarıqlarına yiyələnməyə məcbur deyillər.

Elvin Nağıyev həmçinin qeyd edib ki, istisna hallarda, yəni həyati təhlükəli vəziyyətlərdə aptekə gətirilən xəstələrə ilkin tibbi yardım göstərilə bilər.

Mövzuya vətəndaşlara da münasibət bildirib...

Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar