Xəzər Xəbər

Zərif olsalar da, zəif deyillər - Azərbaycanın mərd qadın hərbçiləri Vətənin keşiyində möhkəm dayanıblar FOTO/VİDEO

Onlar kişilərlə çiyin-çiyinə səngərdə və hərbi hissələrdə yüksək səviyyədə xidmət aparırlar
Veb TV | 20:22 • 8 Mart 2023
Zərif olsalar da, zəif deyillər - Azərbaycanın mərd qadın hərbçiləri Vətənin keşiyində möhkəm dayanıblar

Azərbaycan Ordusunun sıralarında qəhrəman, igid oğullarımız kimi zərif cinsin nümayəndələri də var. Bu gün onlar ayrı-ayrı hərbi hissələrdə ləyaqətlə xidmət aparır, Vətənin keşiyini çəkirlər. Üstəlik, onların sayı ildən-ilə artır.  

Xezerxeber.az-ın məlumatına görə, bu qorxmaz qadınlar da Azərbaycan Ordusunun aslanlarıdır.

Kişilərlə çiyin-çiyinə səngərdə və hərbi hissələrdə öz vəzifə borclarını ən yüksək səviyyədə yerinə yetirirlər, qürur və şərəflə Vətən torpağında xidmət aparırlar.

Bu gün isə onların günüdür. Əyinlərində hərbi uniforma, qəlblərində Vətən sevgisi olan bu qadınları elə öz hərbçi yoldaşları mükafatlandırıblar.

İşğaldan azad edilmiş Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun qadın hərbi qulluqçularına bayram münasibətilə müxtəlif hədiyyələr təqdim edilib. Onlara müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram münasibətilə təbriki çatdırılıb.

Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil və hərbi tibb müəssisələrində, eləcə də digər sahələrdə xidmət edən qadın hərbi qulluqçularımızın, həmçinin mülki işlərdə çalışan qadınlarımızın əməyinin daim yüksək qiymətləndirildiyi bildirilib.

Qeyd edək ki, işğaldan azad olunmuş Füzuli rayonundakı hərbi hissələrdə yaradılan şərait ən yüksək səviyyədədir. 44 günlük Vətən müharibəsindən cəmi 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hərbçilərin normal xidmət etmələri üçün bütün zəruri şərait yaradılıb və bu işlər planlı şəkildə davam etdirilir.

Yerləşmə məntəqəsi lazımi inventar və avadanlıqlarla təchiz edilib.

Yüksək dağ rayonlarının ərazisində yerləşən hərbi hissələrin - əməliyyat bölmələrinin ərzaq təminatı "Ümumqoşun ərzaq payı" normasından "Xüsusi təyinatlı qüvvələrin ərzaq payı" normalarına keçirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar