Xəzər Xəbər

Xaricdən gətirilən bəzi avtomobillər istismara yararsızdır VİDEO

Belə nəqliyyat vasitələri təhlükəsizlik sarıdan da etibarlı sayılmır
Veb TV | 13:00 • 8 Mart 2023
Xaricdən gətirilən bəzi avtomobillər istismara yararsızdır

Xaricdən gətirilən bəzi 2-ci əl avtomobillər istismara yararsızdır. Belə avtomobillərin

istismar müddəti bitib, ehtiyat hissələri keyfiyyətini itirib, qiymətləri isə olduqca yüksəkdir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət əsasən Avropa, Amerika və Cənubi Koreyadan ölkəmizə gətirilən 2-ci əl avtomobillərdən gedir.

Xüsusilə benzin və dizel yanacağı ilə işləyən bu nəqliyyat vasitələrinin bəziləri təbii fəlakətlərdən də zərər görüblər.

Ekspertlər bildirirlər ki, inkişaf etmiş ölkələrin sürətlə elektromobillərə inteqrasiyası daxili yanma mühərrikli minik vasitələrindən tədricən imtinaya gətirib çıxarır. Nəticədə isə həmin nəqliyyat vasitələrinin digər ölkələrə satışı artmağa başlayıb.

Bəzən isə xaricdən gətirilən 2-ci əl nəqliyyat vasitələri hətta təmirə yararsız olurlar.

Avtomobil ustası Dəniz Ağabəyli deyir ki, bu daha çox buraxılış tarixi 8 il əvvələ aid və daha köhnə avtomobillərdə müşahidə edilir.

Ustanın sözlərinə görə, texniki cəhətdən saz olmayan, həmçinin ağır qəza keçirmiş belə nəqliyyat vasitələri təhlükəsizlik sarıdan da etibarlı sayılmır.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev də deyir ki, inkişaf etmiş ölkələr atmosferə zərər vuran avtomobilləri satmaqda maraqlıdırlar. Bunun üçün həmin dövlətlər tərəfindən xüsusi proqarmlar da hazırlanır.

Ekspert  bildirir ki, hazırda buraxılış ili köhnə olan nəqliyyat vasitələrinin idxal rüsumu çoxdur. Ancaq qaydaların bir qədər də sərtləşdirilməsinə ehtiyac var.  

Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Xəbər lenti