ABŞ-nin Florida ştatının səmasında iki yüngül motorlu təyyarənin toqquşması nəticəsində həlak olanların sayı 4-ə çatıb.
Xezerxeber.az TASS-a istinadla xəbər verir ki, çərşənbə axşamı baş verən hadisə nəticəsində həyatını itirənlərdən üçünün şəxsiyyəti müəyyən olunub.
Qəza ərazidə yerləşən gölün üzərində baş verib, hazırda təyyarənin qalıqları sudadır, lakin ölənlərin cəsədləri çıxarılıb. Həlak olanlardan birinin şəxsiyyəti hələlik müəyyənləşməyib.
Qeyd edək ki, daha əvvəl iki nəfərin həlak olduğu bildirilmişdi.