Xəzər Xəbər

8 Mart bayramında qadınların üzünü güldürən hədiyyə nədir? VİDEO

Hədiyyələrin qiymətləri də məlumdur
Veb TV | 20:53 • 7 Mart 2023
8 Mart bayramında qadınların üzünü güldürən hədiyyə nədir?

Qadını əbəs yerə gülə bənzətmirlər. Çünki gül həmişə diqqət, qayğı tələb edir. Elə qadınlar kimi. Amma 8 mart elə gündür ki, qadınlar kiçik hədiyyəylə belə olsa, xüsusi diqqət istəyir. Sabah iş günü olmadığından, bir çox xanımlar hədiyyələrini elə bu gün almışdı. Üzlərindəki sevinc, əllərindəki güllər bundan xəbər verirdi.

Elə bəylər də xanımların bu istəyindən xəbərdardırlar. Təsadüfi deyil ki, onlar ən çox gül hədiyyə edirlər.

Ən çox tələbat tülpan, xrizantema və qızılgüllərədir. Buketlərin qiyməti 15 manatdan başlayır.

Ətriyyat mağazalarından isə bildirildi ki, qiymətlər 15 manatdan başlayır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar