Xəzər Xəbər

Çıxarışı olmayan mənzillərin satışı qadağan edilə bilər VİDEO

Belə mənzillər ucuz başa gəlsə də, risklidir
Veb TV | 16:10 • 7 Mart 2023
Çıxarışı olmayan mənzillərin satışı qadağan edilə bilər

Azərbaycanda çıxarışı olmayan mənzillərin satışının qanunla qadağan edilməsi təklif olunur. Bu barədə məsələ ombudsmanın illik məruzəsində əksini tapıb.

Xezerxeber.az məlumat verir ki, xüsusilə Bakı və Abşeronda bir sıra çox mənzilli binalaradakı evlər çıxarış olmadan müqavilə əsasında satılır.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, hüquqi cəhətdən çıxarışlı mənzil almaq ən etibarli vasitə sayılsa da, bu, hər kəs üçün əlçatan deyil. Vətəndaş da nəticədə tikilməkdə olan binalara üz tutur. Belə mənzillər ucuz başa gəlsə də, risklidir.

Onun sözlərinə görə, eyni binada çıxarışı olan mənzillə sənədsiz ev arasında hər kvadrata görə 150-200 manat fərq var.

Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir: 

 

 

Xəbər lenti

Çox oxunanlar