Ünvanına cərimə protokolu gələn sürücü bununla razılaşmır.
Xezerxeber.az-ın məlumatına görə, Göyçay rayonu, Alpoud kənd sakini Yaşar Həsənova iki gün öncə Bakı-Qazax magistral yolunda, 70 km/saatlıq ərazidə 116 kilometr sürətlə hərkət etməsi və barəsində protokolun yazılması ilə bağlı məktub gəlib.
Yaşar Həsənovun sözlərinə görə, ona məxsus olan minik maşını VAZ markalıdır. Qaydanı pozan maşının markası isə fərqlidir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.
İdarənin inispektoru Toğrul Nəsirli “Xəzər Xəbər”ə bildirdi ki, hər iki nəqliyyat vasitəsinin nömrələri oxşar olduğu üçün "sms" həmin vətəndaşa göndərilib. Məlumat daxil olan kimi İdarənin mərkəzi informasiya sistemində müvafiq dəyişikliklər aparılaraq məsələ öz müsbət həllini tapıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: