Avtomobil plyonkalarına tələbat xeyli artıb, qiymətlər isə ddemək olar ki, dəyişməyib.
Xezerxeber.az-ın məlumatına görə, hazırda bazarda 10 manatdan 300 manatadək şüşə örtükləri satılır.
Qiyməti isə qalınlığına və keyfiyyətinə görə dəyişir. Həmçinin plyonkaların avtomobillərə çəkilməsi də ödənişə daxildir.
Satıcıların sözlərinə görə, qiymətlər olduğu kimi qalıb, yəni bahalaşma yoxdur. Ən çox tələbat isə orta qiymətə olan plyonkalaradır.
Sürücülər də ucuz plyonkaları almadıqlarını deyirlər. Onlar düşünürlər ki, belə üzlüklər tez sıradan çıxır. Ona görə də aşağı qiymətə dəfələrlə plyonka çəkdirməkdənsə, normal məbləğə keyfiyyətlisini almaq daha sərfəlidir.
Avtomobil sahibləri həmçinin plyonka qiymətlərinin olduqca yüksək olduğu qənaətindədirlər.
Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir: