Xəzər Xəbər

Torpaq aldı, aldadıldı - Bakı sakininə başqasının torpağı satılıb VİDEO

Hüseyn Quliyev torpaq aldığı şəxsi tapa bilmir
Veb TV | 11:30 • 5 Mart 2023
Torpaq aldı, aldadıldı - Bakı sakininə başqasının torpağı satılıb

Son zamanlar torpaq alqı-satqısında dələduzluq halları artıb. Alqı-satqı ilə məşğul olan bəzi şəxslər dələduzluq yolu ilə insanları aldadırlar.

Ekspertlər belə halla üzləşməmək üçün bir sıra məqamlara diqqət etməyi tövsiyə edirlər. 

Xezerxeber.az-ın məlumatına görə, Hüseyn Quliyev torpaq alqı-satqısı zamanı dələduzların toruna düşən minlərlə vətəndaşdan biridir.

Ötən il Binə qəsəbəsində ona başqa bir vətəndaşa məxsus torpaq sahəsini satıblar. O isə üzərindən bir neçə ay keçdikdən sonra aldadıldığının fərqinə varıb. İndi isə başına bu oyunu açan dələduzu tapa bilmir.

Ekspertlər deyirlər ki, son vaxtlar belə dələduzluq halları xeyli artıb. Ona görə də alqı-satqı prosesinə xüsusi diqqət yetirmək lazımdır. Bəzən də problem bələdiyyə torpaqlarının qanunsuz satışından qaynaqlanır.

Bələdiyyələr ərazi üzrə insanlara torpaq sahələri satır, lakin bəzi vətəndaşlar sonrakı mərhələləri icra etmirlər. Yəni dövlət qurumlarından mülkiyyəti təsdiq edən yekun sənədi - çıxarışı almırlar. Bu da sonradan ciddi problemlərə gətirib çıxarır.

Sonradan problemlərlə qarşılaşmamaq üçün vətəndaşlara yalnız çıxarışlı torpaq sahələri almaları tövsiyə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti