Xəzər Xəbər

Qadınların pensiya yaşı azaldıla bilər? VİDEO

Pensiya yaşı artırılmaqla DSMF vəsaitlərinə qənaət edir
Veb TV | 11:02 • 5 Mart 2023
Qadınların pensiya yaşı azaldıla bilər?

Azərbaycanda qadınların pensiya yaşının 63 yaş həddində saxlanması ilə bağlı "Əmək pensiyaları haqqında" qanunda müvafiq dəyişikliklərin edilməsi təklif edilir.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə ombudsmanın 2022-ci il üzrə məruzəsində deyilir.

İnsan Hüquqları üzrə Müvəkkilin 2022-ci il üzrə məruzəsində bildirilir ki, pensiya yaşının getdikcə artırılaraq 65 yaş həddinə çatdırılması məqsədəmüvafiq deyil.

Mövzuya münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov "Xəzər Xəbərə "ə bildirıb ki, qadınların pensiya yaşının 63 yaş müəyyən edilməsi ilə bağlı təklifin reallaşması mürəkkəb məsələdir. Çünki, əslində Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri kifayət etmədiyinə görə pensiya yaşı artırılır.

Sahib Məmmədov bildirib ki, pensiya yaşı artırılmaqla Dövlət Sosial Müdafiə Fondunun vəsaitlərinə bir növ qənaət edilmiş  olunur.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna əsasən, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, işləyən qadınların pensiya yaşı 2027-ci il tarixinədək 65 yaş həddinə çatdırılması nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti