Mingecevirdə 300 nəfərə yaxın sakinin dələduzluq hadisəsinin qurbanı olduğu iddia edilir.
Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı bir qrup şəxs şikayətçidirlər.
Onlar yeni açılan tibb müəssisəsinə pulla işə düzəldiklərini, ancaq sonradan işdən çıxarıldıqlarını iddia edirlər.
İddiaya görə, Mingecevirdə yeni açılan tibb müəssisəsinə işçilər dəvət edilib. Burada tibb işçisi, mühafizəçi, xəzinədar və digər vəzifələrə işə düzəliblər.
Şikayətçilər bildirirlər ki, onlardan əvvəlcədən depozit adı altında 2500-3000 manat pul alınıb.
Mingəçevir və Yevlax rayonlarından olan işçilərdən bəziləri maaş verilmədiyindən bir neçə ay sonra işdən çıxıblar. Bəziləri isə işdən çıxarılıblar.
Narazı qalan işçilər hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Qeyd edək ki, artıq həmin xəstəxana fəaliyyətini dayandırıb.
Biz də məsələdə adı hallanan şəxslərlə telefon əlaqəsi yaratmaq istədik, amma cəhdimiz boşa çıxdı.
Hadisəyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan da münasibət bildirilb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: