Bakı şəhərinin mərkəzində park edilən avtomobilin nömrəsini oğurlayıblar.
Nömrənin qaytarılması üçün isə maşının sahibindən küllü miqdarda pul tələb ediblər.
Xezerxeber.az-ın məlumatına görə, film kimi hadisə paytaxt sakini, Vəkillər Kollegiyasının üzvü Şahin Rəhimovun başına gəlib.
O deyir ki, hadisə paytaxtın Yasamal rayonunda, Şamil Əzizbəyov küçəsində baş verib.
Nömrəni oğurlayan şəxs və ya şəxslərlər tərəfindən avtomobilin üzərinə əlaqə nömrəsi də yazılıb.
Şahin Rəhimov həmin nömrə ilə vatsap üzərindən əlaqə yaradıb. Ondan nömrənin qarşılığında xeyli məbləğdə pul tələb edilib.
Bu barədə polisə məlumat verən müsahibimiz xüsusi əməliyyat vasitəsilə nömrəsinin qaytarıldığını deyir.
Nömrəni gətirən taksi sürücüsü isə Yasamal rayon 27-ci polis bölməsinə dəvət edilib və izahatı alınıb. Hazırda bölmədə hadisəni törədən şəxs və ya şəxslərin axtarışları davam edir.
Müsahibimiz vətəndaşlara diqqətli olmağı, bu kimi hallarda aldadılıb, maddi ziyana düşməməyi tövsiyə edir.
Biz də həmin nömrə ilə əlaqə saxlamağa çalışdıq. Zəng çatmadığı üçün vatsap üzərindən mesaj yazdıq. Ancaq cəhdlərimiz nəticəsiz qaldı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: