Dünən axşam saatlarından başlayaraq Daşkəsən, Gədəbəy və Göygöl rayonlarına qar yağıb.
Xezerxeber.az-ın məlumatına görə, Göygöl rayonunda qarın qalınlığı 3-4 santimetrə çatıb.
Daşkəsənin Xoşbulaq, Qaraqullar, Təzəkənd, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kəndləri ağ örpəyə bürünüb. Gədəbəydə ucqar kəndlərdə qarın qalın 5-10 santimetr təşkil edib. Hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: