Son günlər yağan aramsız yağışlar Lənkəranda sürüşmə zonasında olan torpaq axınını aktivləşdirib.
Xezerxeber.az-ın məlumatına görə, rayonun Vilvan kəndində Veravulçayın ətrafında yaşayanlar üçün təhlükə yaranıb. Yağışlar nəticəsində ərazidə torpaq sürüşüb. Çayın kənarında baş verən torpaq uçqunu evlərə yaxınlaşmaq üzrədir.
Bu halın baş verməməsi üçün sakinlər dəfələrlə aidiyyəti üzrə müraciət etdiklərini deyirlər.
Səlahiyyətli şəxslər əraziyə baxış keçiriblər, müvafiq qeydlər aparıblar.
10-a yaxın ailənin yaşadığı ərazidə sürüşmə zonası hələ də aktivdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: