Üç qardaş avtobuslarda cibgirlik etməkdə şübhəli bilindikləri üçün saxlanıblar.
Xezerxeber.az-ın məlumatına görə, əvvəllər dəfələrlə məhkum olunmuş Elnur, Faiq və Ruslan Süleymanov qardaşları paytaxt rayonlarında polis əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində tutulublar. Onların avtobuslarda sərnişinlərin sıx olduğu vaxtlarda cibgirlik etdikləri bildirilir.
Polisdən verilən məlumata görə, qardaşların paytaxtın bir neçə rayonunda müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda sərnişinlərin ümumilikdə 6000 manatdan artıq pul, mobil telefon və qiymətli zinət əşyalarını talamaları müəyyən edilib.
Qeyd edək ki, saxlanan şəxslərin avtobuslarda törətdikləri hadisələrin bir neçəsi, həmçinin, cibgirlik etdikdən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsilə qeydə alınıb. Aşkar edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: