Xəzər Xəbər

Dinlə pərdələnən İranın iç üzü açılır VİDEO

Veb TV | 21:12 • 14 Noyabr 2022
Dinlə pərdələnən İranın iç üzü açılır

İranın yaratdığı qanunsuz silahlı birləşmənin üzə çıxmasından 40 gün keçmədi ki, Dövlət Təhlükəsizliyi Xidməti İranın Azərbaycandakı növbəti casus şəbəkəsini ifşa etdi.

Bu şəbəkə Xəzər dənizində keçirilən hərbi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər, Qaradağ rayonunda neft-qaz boru kəmərlərinin keçdiyi ərazilər, pilotsuz uçuş aparatları və müxtəlif hərbi avadanlıqların olduğu ərazilər barədə məlumatları, Bakıda, həmçinin rayonlarda yerləşən strateji və hərbi obyektlərin foto və videoçəkilişlərini qarşı tərəfə ötürüb.

Bir sözlə, həmin şəxslər dövlətini pul qarşılığında satıblar. Bu, dövlətə açıq-aydın xəyanətdir.

Bəs İran bu məlumatları nə edir? Yəqin hamı başa düşür ki, molla rejiminin əldə etmək istədiyi bu məlumatlar yemək resepti deyil, hərbi və dövlət sirridir. İran Azərbaycandakı hərbi hissələrin koordinatları, komanda heyəti ilə bağlı məlumatları, hərbi avandanlıqların yerləşdiyi əraziləri nə üçün öyrənmək istəyir? Molla rejimi əldə etdiyi kəşfiyyat məlumatlarınını həm də Ermənistanla paylaşır. Dindirilən şəxslərdən biri etiraf edib ki, Vətən müharibəsi dövründə İrana məlumat ötürüb və İran bu məlumatı Ermənistana verib. Bu, bilirsiz nə deməkdir? Həm İranın, həm də İrana casusluq edənlərin əllərində şəhidlərimizin qanı var! Azərbaycanda doğulub, Azərbaycanda yaşayıb, amma canla-başla İranı müdafiə edənlərə səslənirik. Budurmu sizin bəyəndiyiniz molla rejimi? Budurmu sizin din dövlətiniz?

Aydın şəkildə görünür ki, bu şəxslər vasitəsilə İran xüsusi xidmət orqanları Azərbaycanın suverenliyinə və müdafiə qabiliyyətinə zərbə vurmaq üçün əlləşiblər və hətta indi də əlləşirlər. Bu yuyulmuş beyinlər Azərbaycan kimi multikultural dövlətə İslam inqilabı idxal etməyə səy göstərirlər. Bir neçə gündür boşuna demirdik ki, İranın Azərbaycanda əlaltıları var. Boşuna demirdik ki, molla rejimi insanların dini inancından öz məqsədləri üçün istifadə edir. Diqqət etsəniz görərsiniz ki, casusluq edən şəxslərin çoxu İrana dini təhsil almaq üçün gedənlərdir. Belə görünür, İran dindarlar yetişdirmək əvəzinə, dini-darlar yetişdirir. Bu da cəmiyyətimizi uçuruma aparır. Azərbaycan xalqı ayıq-sayıqdır və bu qüvvələrə qarşı dövlətlə bir mübarizə aparır.

Düşmənlərimiz unutmasın ki, Azərbaycan müstəqil, suveren, sivil, demokratik və qalib dövlətdir. Müstəqilliyimizi heç bir bayrağa, heç bir rejimə güzəştə getməyəcəyik. Yəni dəmir yumruq yerindədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar