Bakı şəhər sakini Elşən Əliyevin bank kartından külli miqdarda pul çıxarılıb.
Xezerxeber.az-ın məlumatına görə, o, sosial şəbəkədə gördüyü reklama daxil olub, kartından 5662 manat çıxarılıb.
Elşən Əliyevin sözlərinə görə, sosial şəbəkələrin birində müştərisi olduğu bankla əlaqədar lotoreya xarakterli reklamla qarşılaşıb. Lotoreyada iştirak etmək istəyi isə ona baha başa gəlib.
Balansında məbləğin azaldığını görən Elşən Əliyev bununla bağlı kartın aid olduğu bankla əlaqə saxlayıb.
İnformasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev bildirib ki, vətəndaş təsdiq kodunu qarşı tərəfə ötürməklə səhvə yol verib. Bununla da kiberdələduzların planı tamamlanıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı vətəndaşın müraciəti əsasında araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: